Martın 20-də Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaqdır. Şimal-qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-13° isti olacaqdır.
Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununadək yüksələcəkdir.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Hava əsasən yağmursuz keçəcəkdir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi 5-10 metr/saniyə, arabir 15-20 metr/saniyəyədək güclənəcəkdir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-10° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər dağlarda duman olacaqdır.
Şimal-şərq küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaqdır.