Martın 21-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlrində duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-13° isti təşkil edəcəkdir. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz keçəcəkdir. Axşam bəzi yerlərdə yağıntə olacağı gözlənilir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
Hava əsasən yağmursuz keçəcək, axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 3-7° dərəcə isti, gündüz 12-17° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 3-7° dərəcə isti, gündüz 12-17° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 2-7° dərəcə isti, gündüz 10-15° isti təşkil edəcəkdir. Dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 2-7° dərəcə isti, gündüz 12-17° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
Hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər
dağlarda duman olacaqdır. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti,
dağlarda gecə 3-7 dərəcə istı, gündüz 10-15° isti olacaqdır.