MARTIN 28-DƏ TÜRKİYƏDƏ YERLİ İDARƏETMƏ ORQANLARINA SEÇKİLƏR KEÇİRİLƏCƏK
Xəbər verdiyimiz kimi, martın 28-də Türkiyədə yerli idarəetmə orqanlarına seçkilər keçiriləcəkdir. Türkiyənin Ali Seçki Komissiyası 20 siyasi partiyanın və müstəqil namizədlərin adlarını bülletenlərə daxil etmişdir. Ölkənin 43 milyon 500 min 64 seçicisi yerli idarəetmə orqanlarının rəhbərlərini seçəcəklər. Martın 28-də türk xalqı 5 il müddətinə şəhər, vilayət, rayon, qəsəbə, kənd və məhəllələrin rəhbərləri vəzifələrinə 93 min nəfər seçəcəkdir. Ali Seçki Komissiyası 28 mart seçkilərinin hüquqi qaydalarını və bu tarixdə tətbiq olunan qadağaları da açıqlamışdır. Namizədlərin təbliğat kampaniyası martın 27-də saat 18.00-da başa çatacaqdır. Seçkilər haqqında məlumat yalnız martın 28-də saat 18.00-dan etibarən veriləcəkdir. Seçki günü restoran, yeməkxana və mağazalarda spirtli içkilər satılmayacaq, əyləncə məkanları bağlı qalacaqdır. Martın 28-də vəzifələrini icra edən polis qüvvələri mənsublarından başqa heç kimin silah gəzdirməsinə icazə verilməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]