Masallı Xalq Teatrı şəhidlərə həsr olunmuş virtual kompozisiya təqdim edib
Masallı, 13 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrı şəhidlərə həsr olunmuş "Şəhidlik şərbəti" virtual kompozisiya təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ədəbi-bədii kompozisiyada teatrın kollektivi ilə bərabər, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin uşaqları da iştirak ediblər.
Virtual kompozisiya özündə şəhidlik məqamının müqəddəsliyini, şəhidlərə olan ümumxalq ehtiramı və sevgini, vətənpərvərlik kimi ali dəyərləri cəmləyib.
Ədəbi-bədii kompozisiyanın hazırlanması və səhnələşdirilməsində teatrın rejissoru Cəmaləddin Əliyev, istedadlı sənətçi Atamoğlan Zahid, gənc prodüser Mərhəmət Lələyev, aktyor Cavid Quliyev, bədii qiraətçi Ziyafət Hüseynov, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi və başqaları yaxından iştirak ediblər.
Qeyd edək ki, kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]