Masallıda ictimai iaşə müəssisəsində istehlak üçün yararsız spirtli içkilər aşkar olunub
Bakı, 21 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Masallı rayonumda Təzəkənd ərazisində fiziki şəxs Fətullayev Ramiz Etibar oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin mətbəxində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən hər biri 1 litrlik qablaşdırmada olan 25 litr araq, 4 litr qırmızı şərab məhsulu aşkar olunub.
Agentlik tərəfindən etiket məlumatları olmayan məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]