Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum yaxalanıb
Bakı, 18 dekabr, AZƏRTAC
Masallı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qrama yaxın heroin, rayon ərazisindəki yaşadığı evə baxış zamanı isə əlavə olaraq 1 kiloqramdan artıq heroin, 272 qrama yaxın tiryək, 240 qramdan artıq metamfetamin, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbi və 2 elektron tərəzi aşkarlanıb götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]