MASALLIDA SEÇKİLƏRƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev Prezident İlham Əliyevin müşavirədəki nitqinin əsas müddəaları barədə iştirakçılara məlumat vermiş, parlament seçkilərinin ədalətli, azad və şəffaf keçirilməsini təmin etmək üçün dövlətimizin başçısının “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.
Toplantıda çıxış edənlər Azərbaycan Prezidentinin Milli Məclisə seçkilərlə əlaqədar sərəncamlarının ölkəmizin demokratik seçki praktikasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmiş, bu sənədlərin əhali tərəfindən rəğbətlə qarşılandığını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]