Masallıdakı Qəhrəmanlar parkında Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb
Masallı, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 26-da Masallı şəhərindəki Qəhrəmanlar parkında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimində faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinləri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Anım günü ilə əlaqədar Masallı şəhərində, rayonun kənd və qəsəbələrində dövlət bayraqları endirilib, saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.