“MasterChef Türkiye”nin Azərbaycana həsr etdiyi buraxılışın tam versiyası yayımlanıb
Bakı, 28 avqust, AZƏRTAC
Dövlət Turizm Agentliyi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin "TV8" telekanalına məxsus “MasterChef Türkiye” kulinariya yarışmasının Azərbaycana həsr edilmiş buraxılışı yayımlanıb.
AZƏRTAC xəbər verir ki, dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən Qarabağ kətəsi, şah plov, kütüm balığı ləvəngisi, göy qutabı və dovğa hazırlamaq üzrə yarışıblar.
Proqramda qonaq qismində iştirak edən ölkəmizin milli kulinariya və turizm təmsilçiləri yarışmaçılar tərəfindən hazırlanan yeməklərin dadına baxıblar, Azərbaycan təamları, onların hazırlanma texnikaları haqqında məlumat veriblər.
Həmçinin veriliş çərçivəsində Bakı şəhərinin, eləcə də Şuşanın füsunkar mənzərələrindən kadrlar təqdim olunub, Azərbaycanın turizm potensialı zəngin olan bölgələri haqqında məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]