“Maynts”–“Qəbələ” matçını uelsli hakimlər briqadası idarə edəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Maynts” (Almaniya) -“Qəbələ” matçının hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, UEFA qarşılaşmanı Böyük Britaniyadan olan hakimlər briqadasına həvalə edib. Görüşü uelsli Simon Li Evans idarə edəcək. Ona həmyerliləri Qaret Vin Cons və Lyuiss Ross Edvards kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Daniel Bekkett yerinə yetirəcək. Qarşılaşmanın əlavə köməkçi hakimləri Brin Markham-Cons və Nik Pratt olacaq.
Oyunun hakim-inspektoru estoniyalı Are Habikt, UEFA nümayəndəsi isə irlandiyalı İmon Nutondur.
Qeyd edək ki, “Maynts”-“Qəbələ” matçı dekabrın 8-də “Maynts Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]