MDB-nin qərargahında daimi səlahiyyətli nümayəndələrin növbəti iclası keçiriləcək
Minsk, 13 aprel, AZƏRTAC
Aprelin 19-da Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının təşkilat departamentindən məlumat veriblər.
İclasda aşağıdakı məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır: MDB Xarici İşlər Nazirlər Şurasının (XİNŞ) iclasının yekunları və Şuranın və Birliyin İcraiyyə Komitəsinin qəbul edilmiş sənədlərin icrası üzrə vəzifələri, MDB-nin iştirakçısı olan ölkələrin başçılarının Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı Bəyanatının layihəsi, Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, XİNŞ və MDB-nin İqtisadi Şurasının prosedur qaydalarına dəyişikliklərin edilməsinin məqsədəuyğunluğu.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]