MƏCBURİ KÖÇKÜN UŞAQLAR ÜÇÜN BAYRAMŞƏNLİYİ KEÇİRİLMİŞDİR
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, uşaqlara ənənəvi hədiyyələrlə yanaşı, şirkətin maliyyə vəsaiti hesabına nəşr edilmiş “Uşaq Ensiklopediyası”nın yeni cildləri də paylanmışdır. Bayram şənliyinə uşaq və gənclərdən ibarət peşəkar rəqqaslar, eləcə də tanınmış müğənnilər dəvət olunmuşdular. Buna oxşar şənliklər Bakıda yaşayan imkansız ailələrdən ibarət uşaqlar üçün də keçirilmişdir.