MƏCLİSDƏ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev AZƏRTAC-a bildirmişdir ki, dekabrda keçiriləcək məclisdə cari ildə görülmüş işlər, 2006-2008-ci illər üçün Dövlət Neft Şirkəti ilə Respublika Komitəsi, eləcə də müəssisə və təşkilatlarla yerli komitələr arasında kollektiv müqavilələrin bağlanması, neftçilərin sosial müdafiəsinin, maddi rifahının yaxşılaşdırılması və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaqdır.