Media: ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların müzakirəsini dayandırıb
Bakı, 28 noyabr, AZƏRTAC
ABŞ senatorları Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin müzakirəsini müvəqqəti olaraq dayandırıblar.
AZƏRTAC xəbər verir ki, “Kyiv Post” nəşrinin məlumatına görə, qanun layihəsinin müzakirəsi Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun yaxın günlərdə Moskvaya planlaşdırılan səfəri ilə bağlıdır.
Respublikaçılar isə hesab edirlər ki, qanun layihəsinin qəbulunu ləngidən əsas amil Donald Trampın mövqeyidir.
Qeyd edək ki, Moskva əleyhinə sanksiya paketini Senata anti-Rusiya ritorikası ilə tanınan Lindsi Qrem təqdim edib. Sənəddə Rusiyadan neft, neft məhsulları, təbii qaz və uran alan ölkələrdən idxala 500 faiz gömrük rüsumunun tətbiqi təklif olunur.
“Bloomberg” agentliyinin məlumatına görə, senatorlar prezidentin dəstəyi olmadan bu sənədi qəbul etməyə hazır deyillər. Donald Tramp isə açıqlamasında qanun layihəsinin taleyinin onun şəxsi qərarından asılı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]