Media: Aİ Macarıstanın viza siyasətinə təsir edə bilməyəcək
Bakı, 10 avqust, AZƏRTAC
Avropa İttifaqı Macarıstanın Rusiya və Belarus vətəndaşlarına ikiillik vizalar verməsini dayandırmaq üçün Budapeştə çətin ki, təzyiq göstərə bilsin.
AZƏRTAC xəbər verir ki, bu fikri “The Spectator” jurnalı bildirib. “Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir. Bu səbəbdən rəsmi Brüsselin Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq etməsi çətin məsələdir”, - deyə nəşrin müşahidəçiləri qeyd edirlər. Çünki nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının viza siyasəti məsələlərində Macarıstana həqiqətən təsir etmək imkanı yoxdur.
Jurnalın yazdığına görə, ölkənin Baş naziri Viktor Orban “öz gündəmini irəlilətmək üçün ən yaxşı vaxtı seçib”.
Xatırladaq ki, Macarıstan Rusiya və Belarus vətəndaşları da daxil olmaqla, uzunmüddətli vizaların alınması üçün tələbləri yumşaltmaq qərarına gəlib. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu addımla bağlı izahat istəyib. Latviya Prezidenti Edqars Rinkeviç isə Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbi ilə çıxış edib. İndi Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğusuna Budapeştdən cavab gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]