Media: Cənubi Koreya köhnə sualtı qayığını Polşaya verə bilər
Bakı, 26 noyabr, AZƏRTAC
Koreya Respublikası 2025-ci ilin sonunda istismardan çıxarılacaq köhnə sualtı qayığını “Orka” proqramı çərçivəsində Polşaya verməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya ordusundakı mənbələrinə istinadla məlumat yayıb.
Seulun Varşavaya verəcəyi sualtı qayıq 1991-ci ildə Almaniyada istehsal olunub.
Sentyabrda Polşanın Baş naziri Donald Tusk ölkəsinin ilin sonunadək “Orka” proqramı çərçivəsində bir neçə sualtı qayıq sifariş etmək niyyətində olduğunu bildirib. Tenderdə Cənubi Koreyanın “Hanwha Ocean” şirkəti də iştirak edir.
Cənubi Koreya bundan öncə ikitərəfli münasibətləri gücləndirmək üçün Kolumbiya və Peruya istismardan çıxarılmış bir neçə sualtı qayıq verib.
Qeyd edək ki, Polşanın “Orka” proqramı 2022-ci ilədək qanadlı raketlərlə silahlanmış sualtı qayıqların alınmasını nəzərdə tutur. 2002-ci ildə Polşa Norveçdən dörd ədəd kiçik sualtı qayıq alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]