“Media haqqında” Qanun layihəsinin ictimai dinləmələri çərçivəsində növbəti müzakirələr aparılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Medianın İnkişafı Agentliyində Milli Məclisin Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib.
AZƏRTAC agentliyin saytına istinadla xəbər verir ki, müzakirədə Milli Məclisin bir neçə deputatı və bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə münasibətlərini bildiriblər.
“Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]