Media: Qazaxıstan Abraham sazişinə qoşulacağını elan edəcək
Vaşinqton, 6 noyabr, AZƏRTAC
Bu gün ABŞ Administrasiyası yeni ölkənin Abraham sazişinə qoşulacağını elan edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof Mayamidə Amerika Biznes Forumumda açıqlayıb. Başqa bir ABŞ rəsmisi “Axios”a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu saatlarda ABŞ Prezidenti Donald Trampla görüşündə ölkəsinin Abraham sazişinə qoşulacağını bəyan edəcək.
Qeyd edək ki, bu gün Ağ evdə ABŞ prezidenti ilə Mərkəzi Asiyanın 5 ölkəsinin liderləri ilə görüş keçiriləcək.
Abraham sazişi İsrailin ərəb və müsəlman ölkələri ilə münasibətlərinin normallaşmasını nəzərdə tutan razılaşmadır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]