Media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların Ağdam rayonuna səfəri başlayıb FOTO
Ağdam, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.