“Medinex 2025” sərgisi ikinci günündə işini davam etdirib
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakıda Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex 2025”) ikinci günündə işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində keçirilən panellərdə “Dialoqdan əməkdaşlığa: Ukrayna və Azərbaycanın əczaçılıq imkanları”, "TAVI: Müasir kardiocərrahiyyədə minimal invaziv yanaşma", "Tibbi xidmətlərin inkişafında keyfiyyətin idarəolunması və infeksion nəzarət", "Beyin törəmələrinin müalicəsində yeni üfüqlər" və digər mövzular müzakirə olunub.
Qeyd edək ki, oktyabrın 30-da başlayan “Medinex 2025” sərgisinin noyabrın 1-də başa çatacağı gözlənilir.
“Medinex 2025” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən dəstəklənir.