Məhəmməd Barkindo: Azərbaycan OPEC-in vacib tərəfdaşı və “Əməkdaşlıq Bəyannaməsi”nin əsas oyunçusudur
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan OPEC üçün vacib tərəfdaş və “Əməkdaşlıq Bəyannaməsi”nin əsas oyunçusudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo dekabrın 17-də Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının videokonfrans formatında keçirilən 31-ci iclasında deyib.
M.Barkindo Azərbaycan Prezidenti İlham Əliyevə “Əməkdaşlıq Bəyannaməsi”nin məqsədlərinə olan bağlılığa görə təşəkkür edib, dövlətimizin başçısının yorulmaz səylərinin konsensus yaratmağa və birgə fəaliyyətə kömək etdiyini vurğulayıb.
OPEC-in Baş katibi deyib: “Azərbaycan 2016-cı ildə qurulduğu gündən bəri “Əməkdaşlıq Bəyannaməsi”nin əsas üzvü olub. Prezident İlham Əliyev OPEC və qeyri-OPEC-i neft sənayesini xilas etmək üçün iş birliyinə açıq şəkildə səsləyən ilk dünya lideridir. Azərbaycan Prezidenti vizioner rəhbərliyi ilə ölkəsinin inanılmaz tarixinə hörmət edir”.
Qeyd edək ki, Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]