Məhəmməd Əbd Rabbi əl-Yami: UNA AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir
Qahirə, 23 iyun, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) baş direktor əvəzi Məhəmməd Əbd Rabbi əl-Yami ilə görüşündə əsas müzakirə mövzusu UNA və AZƏRTAC arasında əməkdaşlığın perspektivləri olub.
UNA-nın İslam dünyasının informasiya məkanında rolunu vurğulayan səfir Ş.Abdullayev qeyd edib ki, Azərbaycan dövləti Birliyin fəaliyyətini dəstəkləyir. Bu kontekstdə Azərbaycanın rəsmi informasiya mənbəyi olan AZƏRTAC-ın UNA ilə əməkdaşlığı, onların arasında yeni media planının hazırlanması böyük əhəmiyyətə malikdir.
Məhəmməd Əbd Rabbi əl-Yami AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb və UNA-nın saytında Qarabağda aparılan bərpa-quruculuq işləri barədə materialların mütəmadi olaraq yayımlandığını qeyd edib. O bildirib ki, bu yaxınlarda Şuşaya səfər edən UNA-nın xarici əlaqələr və strateji inkişaf üzrə direktoru Yunus İnayət AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşündə Azərbaycana informasiya dəstəyinin davam edəcəyini bildirib.
Görüşdə UNA-nın baş direktor əvəzi Birliyin media vizyonu, müasir informasiya məkanında qabaqcıl yer tutmasına nail olmaq üçün göstərilən səylər, həmçinin İƏT-ə üzv ölkələrlə əlaqələrin detalları barədə məlumat verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]