MƏHKƏMƏ ANNA LİNDİN QATİLİNİ RUHİ XƏSTƏ HESAB ETMİŞDİR
İyunun 28-də İsveç məhkəməsi sosial-hüquq şurasının müstəqil ekspertin qərarına əsaslanan məlumatını müzakirə etməyə başlamışdır. Sənəddə bildirilmişdir ki, Anna Lindin qatili cinayət törətdiyi anda ağlı başında olmamışdır.
Professor Anders Forsmanın may ayında Höteborqda apardığı tədqiqatlara görə, qatil Mixaylo Mixayloviç cinayət törətdiyi anda ağlı başında olmamışdır və hazırda müalicəyə ehtiyacı var.
Bundan əvvəl keçirilmiş məhkəmə-tibb ekspertizası gedişində Mixayloviçin ruhi xəstə olduğu qərara alınmışdır. Onun barəsində hökm İsveç XİN-in başçısı Anna Lind Stokholmdakı univermaqların birində qətlə yetirildikdən altı aydan da çox sonra, martın 23-də çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]