Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə fəaliyyəti müasirləşdirilir

Məhkəmə fəaliyyəti müasirləşdirilir

Bakı, 10 mart, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə bir sıra aktual məsələlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov dahi öndər Heydər Əliyevin müəyyənləşdirdiyi tərəqqi yolunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, hərtərəfli, o cümlədən sosial-iqtisadi sahədə aparılan islahatların müsbət nəticələrini qeyd edib. Fevralın 9-da azad və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin təzahürü olduğu vurğulanıb.

Qeyd olunub ki, ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dərin islahatlar ili kimi yadda qalıb. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin güclənməsinə rəvac verib.

Fərmanın icrası üzrə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən yeni məhkəmələrin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və digər məsələlərlə bağlı 40-dək yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra mühüm qanunlar qəbul olunub. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha peşəkar və çevik baxılmasını təmin etmək məqsədilə regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb.

Yeni yaradılmış məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, aparatlarının formalaşdırılması üzrə zəruri tədbirlər görülüb. Şura tərəfindən onların ərazi yurisdiksiyası, hakim ştatlarının sayı müəyyən olunub. Cari il yanvarın 1-dən fəaliyyətə başlayan həmin məhkəmələr dövlətimizin başçısının sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərlə komplektləşdirilib.

Həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə işlək mexanizmlər müəyyən edilib, Ali Məhkəmə tərəfindən bu sahədə müvafiq monitorinqlər aparılması təsbit olunub. Bununla əlaqədar Şura tərəfindən monitorinqlərin keçirilmə üsullarını və hüquqi nəticələrini müəyyənləşdirən Qaydalar qəbul edilib.

İclasda qeyd edilib ki, Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların icrası çərçivəsində görülən tədbirlər real bəhrəsini verib. Cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb. Azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilib, elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək, 3 mindən çox məhkuma elektron qolbaqlar tətbiq edilib.

Dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq, 2019-cu il 3 aprel tarixli Fərmanla cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb, bununla əlaqədar qanunvericiliyə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri hazırlanıb.

Eyni zamanda, həmin Fərmanla ötən il hakimlərin ştat sayının mövcud korpusun üçdə biri qədər - 200 vahid artırılması məhkəmə sisteminin inkişafında mühüm hadisə olub. Yeni ayrılan ştatların komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilib, bu prosesdə çeviklik artırılıb. İmtahanların müasir texnologiyalar tətbiq edilməklə, 200-250 nəfərlik qruplarla, fasiləsiz olaraq keçirilməsi, namizədlərin sualları kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elanı təsbit olunub.

Ötən il hakimliyə namizədlərlə qeyd olunan üsullarla yazılı və şifahi imtahanlar keçirilib. İmtahanlarda uğur qazanmış 44 nəfər tədris kursuna buraxılıb. Namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən həmin kursda nüfuzlu ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris olunur, namizədlərin məhkəmələrdə, həmçinin beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri təşkil olunur. Eyni zamanda, növbəti müsabiqə üzrə yazılı imtahanlarda müvəffəqiyyət qazanan 64 nəfər hakimliyə namizədlə şifahi imtahanlara başlanılıb, sənədlərini təqdim etmiş daha 200 namizədlə isə test imtahanının keçirilməsi üzrə təşkilati tədbirlər görülür.

Ümumiyyətlə, son dövrdə obyektiv səbəblərlə yanaşı, görülmüş tədbirlər, o cümlədən yeni hakimlərin təyinatı, bir sıra işlərin məhkəmədən kənar asan həllinin müəyyən olunması, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat prosedurunun, iqtisadi işlər üzrə icraatın yalnız elektron aparılması qaydasının təsbit edilməsi nəticəsində hakimlərin mülki işlər üzrə iş yükü 2 dəfədən çox azalıb.

Yeni ayrılmış hakim ştatlarının komplektləşdirilməsi və cari ildən mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutunun tətbiqinə başlanılması məhkəmələrdə iş yükünün bir az da azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət edəcək.

Fərmanla qarşıya qoyulmuş məsələlərin həlli, o cümlədən məhkəmə fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması, aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə ötən il Şurada “Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təsis edilib. “Qaynar xətt” yaradılaraq, 2500-dək müraciətə baxılıb, 50-dən çox məhkəmədə monitorinq aparılıb. Aşkar edilən pozuntular hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb. Yol verilən nöqsanların yerində aradan qaldırılması məqsədilə hər həftə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsi yaradılıb.

Ümumiyyətlə, ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub, 18 hakimin səlahiyyət müddəti uzadılmayıb. Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib.

İclasda ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün qurulması, onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsində mühüm mexanizm olan “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın layihəsi müzakirə olunmaqla qəbul edilib, onun elektron-proqram təminatı nümayiş etdirilib. Qaydaların tətbiqi ilə bağlı Şura Aparatında ayrıca qurum yaradılıb.

Ötən il, həmçinin dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, prosesdə mobil qaydada iştirak etməyə imkan verən “Mobil məhkəmə” proqram təminatı istifadəyə verilib. Şəffaflığın artırılması, məhkəmə fəaliyyəti barədə ictimaiyyətin geniş məlumatlandırılması məqsədilə media ilə işləyəcək hakimlər müəyyən edilərək, KİV təmsilçilərinə təqdim edilib.

Ölkəmizdə aparılan məhkəmə islahatı beynəlxalq aləmdə də təqdir olunur. Yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi Dünya Bankının “Doing Business 2020” hesabatında müsbət dəyərləndirilib. Eyni zamanda, mütərəqqi təcrübəmizin yayılması Avropa Şurasında təşviq edilib.

İclasda, həmçinin dövlətimizin başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, bütün sahələrdə dürüstlüyün və şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqları qeyd olunub, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə qarşıda duran vəzifələr vurğulanıb. Yuxarı instansiya məhkəmələrinin diqqəti yol verilən pozuntulara cəlb edilməklə belə hallara qarşı prinsipiallığın artırılması diqqətə çatdırılıb.

Həmçinin Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyin də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb