CƏMİYYƏT
Məhkəmə-Hüquq Şurasının növbəti iclasında cari məsələlərə baxılıb

Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də İnam Kərimovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirilib ki, iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək, böyük əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan həmin namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə onların ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafında öz töhfələrini verəcəklərinə əminliklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.12.2023 [18:04]
Qalxanabənzər vəzi hormonlarının çoxluğu demensiyaya səbəb ola bilər
- 04.12.2023 [18:01]
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 20 yoluxma faktı qeydə alınıb
- 04.12.2023 [17:04]
Bakıda və Sumqayıtda toz hissəcikləri normadan yüksək olub
- 04.12.2023 [16:53]
QMİ-nin sədri Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb
- 04.12.2023 [16:45]
Noyabrda toksiki zəhərlənmə ilə əlaqədar 107 müraciət olub
- 04.12.2023 [16:45]