Məişət kondisionerlərinin idxalı azalıb
Bakı, 17 mart, AZƏRTAC
2020-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin ilk ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 6,7 faiz, paltaryuyan maşınlar 20,5 faiz, mebellər 35,6 faiz, məişət soyuducuları isə 33,1 faiz azalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin yanvarında hesablama maşınları, blok və qurğularının isə idxalında 8,8 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, hesabat dövründə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]