Məişət zorakılığına məruz qalmış şəxslərə özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək
Bakı, 10 mart, AZƏRTAC
Bundan sonra məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək. Onların ehtiyac duyduqları hüququ-psixoloji yardımla təminatı üçün müvafiq işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində son illərdə bu kateqoriyadan olan vətəndaşlar üçün yardım mərkəzləri də yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bundan sonra isə əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, şəhid ailəsi üzvləri və digər həssas qruplarla yanaşı, məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək. Proqrama cəlb olunmaqla onların öz kiçik bizneslərini qurmağına dəstək göstəriləcək. Belə bir addımın atılması məişət zorakılığına məruz qalanların hər hansı şəxsdən iqtisadi asılılığının aradan qalxmasına, müstəqil şəkildə özünü təmin etmə imkanlarına yiyələnməsinə şərait yaratmaq məqsədi daşıyır.
Onu da bildirək ki, 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 min 352 vətəndaşdan 6 min 400-ü (61,8 faiz) həssas kateqoriyalardan olan şəxslərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]