Meksikalı turist: Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb
Bakı, 14 sentyabr, AZƏRTAC
"Ötən il bu yarış üçün Yaponiyaya getmişdik. Bu il isə Azərbaycana səfər etdik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Meksikadan olan turist Klaudia Karmona Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı barədə təəssüratlarını bölüşərkən deyib.
O, ilk dəfə Bakıya səfər etdiyini bildirib: "Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb. Hər şey idealdır. Təşkilatçılıqdan çox razıyam. Həyəcanlıyıq, çünki yarış istədiyimiz kimi keçir".
Onun sözlərinə görə, Bakı öz görünüşü ilə insanı heyran edir: "Bura gözlədiyimizdən də yaxşıdır. Yeməklər inanılmaz dərəcədə dadlı, insanlar isə çox mehribandırlar. Biz Bakıda əla vaxt keçiririk".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]