Məktəb-liseydə “turizm günü” keçiriləcəkdir
Bakı, 2 may (AZƏRTAC). T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə mayın 3-də həmin təhsil ocağında “Coğrafiya həftəsi” çərçivəsində “turizm günü” keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində məktəbdə nazirlik tərəfindən stendlərin quraşdırılması, reklam-çap məhsulları ilə təmin olunması və şagirdlərə turizmlə bağlı açıq dərs keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirin əsas məqsədi şagirdlərin Azərbaycanın turizm potensialı ilə bağlı məlumatlandırılması və ümumilikdə son illər ölkəmizdə turizmin inkişafı ilə bağlı maarifləndirilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]