Məktəb-liseydə Xocalı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Bakıdakı Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseydə Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Məktəbin direktoru Abbasqulu Quliyev Xocalı soyqırımının çoxəsrlik tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirmiş, hadisənin başvermə səbəblərindən, erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən, faciəyə siyasi-hüquqi qiymətin verilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətindən danışmışdır.
Tədbirdə Xocalı qətliamının ağrı-acısının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi qeyd edilmiş, Xocalı faciəsinin daha dərindən öyrənilərək dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulanmışdır.
Sonda məktəblilərin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]