MEL GİBSON XOLOKOST HAQQINDA FİLM ÇƏKİR
2003-cü ildə Gibson “Nyu-York” jurnalına müsahibəsində demişdir ki, “müasir kübar iudaizmi” təfsirçiliklə məşğul olaraq, Xolokosta görə günahını katolik kilsənin üzərinə qoymağa çalışır. Bu replikadan sonra rejissor antisemitizmə dair bir çox tənələri dinləməli olmuşdur. “Nyu-York tayms” qəzeti yazır ki, katoliklər tərəfindən xilas olunmuş yəhudilər haqqında teleserial üçün seçilmiş süjet Gibsona onun baxışlarının təfsirindən yan ötməyə imkan verir.