MELİORATORLAR YAZ TARLA İŞLƏRİNƏ HAZIRLAŞIRLAR
Xanlar rayon suvarma sistemləri idarəsinin rəisi Namaz Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, rayonda 13 min hektar suvarılan torpaq sahəsi vardır. Bunlar əsasən, Kürəkçay, Gəncəçay və Qoşqar çaylarından götürülən su ilə suvarılır. İndi melioratorlar yaz suvarmasını problemsiz təmin etməkdən ötrü kanalları lildən təmizləyir, nasosların və texnikanın təmirini davam etdirirlər.