Memarlıq və İnşaat Universitetinin məzunları aparıcı şirkətlərdə işlə təmin olunurlar
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) dövrün tələblərinə və əmək bazarına uyğun mütəxəssis hazırlamaqla yanaşı, onların karyera qurmasında da maraqlıdır. Universitet rəhbərliyi məzunlarının tərəfdaşlıq etdiyi şirkətlərdə işlə təmin olunmasına hər cür kömək göstərir. Bu məqsədlə universitetdə Təcrübə və karyera şöbəsi də yaradılıb.
Şöbədən AZƏRTAC-a bildirilib ki, 2019/2020-ci tədris ilində universiteti bitirən 1523 məzunun bir qismi hazırda işləyir. Həmin məzunlardan 193-ü AzMİU-nun tərəfdaşlıq etdiyi çox nüfuzlu, ölkəmizin ən aparıcı müəssisələrində işlə təmin olunub. Məzunların bəziləri isə ölkə daxilində və ya xaricdə magistratura pillələrində təhsillərini davam etdirirlər. Məzunlar arasında çoxluq təşkil edən oğlanların bir qismi isə hərbi xidmətə yollanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]