Məmməd Abbasbəyli: Ötən il ixrac olunan mallara 72 min 554 mənşə sertifikatı verilib
Bakı, 18 yanvar, AZƏRTAC
Standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinə rəqəmsallaşmanın təşkili məqsədilə keyfiyyət portalı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, portalın bu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulur.
“Ötən il ixrac olunan mallara 72 min 554 mənşə sertifikatı verilib. Bu da 2022-ci illə müqayisədə 18,7 faiz çoxdur”, - deyə Məmməd Abbasbəyli vurğulayıb.
Qurum rəhbəri onu da əlavə edib ki, ötən il Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuş 6 uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatı ləğv edilib, həmçinin hesabat dövründə uyğunluğu qiymətləndirilən 85 qurum akkreditasiya edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]