MƏNƏVİ DƏYƏRLƏR QİÇS-LƏ MÜBARİZƏNİN ƏSAS İSTİQAMƏTİDİR
Mütəxəssislərin fikrincə, hazırda dünya əsil QİÇS partlayışı ərəfəsindədir. Belə ki, artıq yaxın gələcəkdə İÇV-yə yoluxmuş insanların sayı 100 milyona çata bilər. Həkimlər hesab edirlər ki, xəstəliyin kökünü tibbi vasitələrlə yox, mənəvi dəyərlərin önə çəkilməsi ilə kəsmək olar. Bəşəriyyət əlacsız xəstəliklərə yol açan və sağlamlığın təhlükəsizliyinin başlıca meyarları olan həyat və təfəkkür tərzi barədə çoxdan düşünməyə başlamalı idi.
QİÇS-lə Mübarizə Milli Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, noyabrın 28-nə olan məlumata görə, 846 Azərbaycan vətəndaşı və 59 əcnəbi vətəndaş immun çatışmazlığı virusuna yoluxmuşdur. QİÇS-in profilaktikası sahəsində işlər davam etdirilir, ölkəmizin bütün şəhər və rayonlarında anonim xidmətlər fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]