Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mənəviyyat qalamız, keçmişimizlə gələcəyimizi birləşdirən irs körpümüz, qürur mənbəyimiz, mədəniyyət beşiyimiz Şuşa!

Mənəviyyat qalamız, keçmişimizlə gələcəyimizi birləşdirən irs körpümüz, qürur mənbəyimiz, mədəniyyət beşiyimiz Şuşa!

Bakı, 9 noyabr, AZƏRTAC

Yaşadığımız hər anımızda, hər günümüzdə yaşatdıq səni, Şuşa! Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu sənsiz keçən 28 ilin hər gününün, saatının qisasını aldı! İllərdir həsrətini çəkən övladlarına qovuşdun, Şuşamız. Düşmən tapdağı altında inləyən sinəndə addımlayan müzəffər ordumuzun məğrur addımlarının sevincini nəhayət ki, 28 il sonra yaşadın.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Mənəviyyat qalamız, keçmişimizlə gələcəyimizi birləşdirən irs körpümüz, əbədi-əzəli qürur mənbəyimiz mədəniyyət beşiyimiz Şuşa!” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Şuşa Azərbaycanın öz qədim tarixi və zəngin mədəni irsi ilə dünyada məşhur olan və ulu babalarımızdan bizə miras qalan möhtəşəm şəhərdir. Yaxın tarixə nəzər salsaq görərik ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsi haqqında” qərar qəbul edilmişdi. Həmin illər Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdı.

Müzəffər Ali Baş Komandanımızın qələbə müjdəsini xalqımızın qürur və əzəmət simvolu olan Şəhidlər xiyabanından çatdırması, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək onun vəsiyyətini şərəflə yerinə yetirdiyini bildirməsi millətimizin şərəf tarixinə qızıl hərflərlə həkk olundu. Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq.

İşğaldan azad olunan hər qarış torpaqlarımızda erməni riyakarlığının, vandalizminin şahidi oluruq. Dünyanı “güclü erməni ordusu” mifi ilə inandırmağa çalışan cinayətkar hərbi və siyasi rəhbərlik, eyni zamanda, tarixi saxtalaşdırmaq cəhdləri ilə Qarabağın tarixən Azərbaycana aid olmasını əks etdirən abidələrimizi dağıdıb və öz cinayətkar niyyətlərini əməlləri ilə bir daha nümayiş etdiriblər. Qüdrətli Azərbaycan Ordusu düşmən tərəfindən törədilən hər bir cinayət və riyakarlığın qisasını döyüş meydanında əldə olunan nailiyyət və qələbə müjdələri ilə alır.

Xocalıda insanlıq tarixinə qara ləkə hesab olunan soyqırımı törədərək bu dəhşət dolu cinayəti toy-büsat edən “erməni milli qəhrəmanları” qətiyyətli və güclü Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmirlər. Dünyaya yenicə göz açmış körpələrimizin, qadınlarımızın, ahıllarımızın və gələcəyimiz olan yeniyetmələrin soyqırımını törədən qatillər hazırda layiqli cavablarını almaqdadırlar. Ağrı-acılarla dolu qaçqın və məcburi köçkün həyatı sürən insanlarımızın bu gün üzü gülür, xoşbəxtdirlər, çünki torpaqlarına qayıdacaqlar. Babalarının ruhlarına qovuşacaqları günü səbirsizliklə gözləyən qaçqın və məcburi köçkünlərin dünyaya sığmayan sevinci Müzəffər Ali Baş Komandanımızın Azərbaycan xalqına unudulmaz töhfəsidir.

Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi. Müzəffər Ali Baş Komandanımızın Qarabağ və ətraf bölgələrin işğaldan azad edilməsi əməliyyatı başlayarkən Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” - söyləməsi bu qələbəyə olan ümidlərimizi və əminliyimizi bir daha artırdı.

Təbii coğrafi şərait və relyefin müharibə şəraitində çox önəmli amil olduğu hər kəsə bəllidir. Daha çox dağlıq ərazilər, meşələrlə zəngin olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun qarşısında duran ən məsuliyyətli, ən çətin və həlledici vəzifələrdən və ən şərəfli döyüş tapşırıqlarından biri idi. Cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin yarıtmaz ordusunun məğlubiyyəti artıq növbəti “dirənc planları”nın qırılmasına səbəb oldu. Mürəkkəb coğrafi relyef, dağ şəraitində təbii istehkamların çoxluğu belə Ermənistan ordusunun müdafiə və hücum planlarına kömək etmədi. Artıq Ermənistan hərbi və siyasi rəhbərliyinin məğlub və böhran vəziyyəti nəinki öz xalqına, eyni zamanda, bütün dünyaya məlumdur. Şuşanın azad edilməsi uğrunda döyüşlər zamanı separatçı rejimin başçısı Araik Arutunyanın saxtalaşdırdığı erməni tarixi ilə Şuşanı ermənilərin simvolu, döyünən ürəyi adlandırması, bütün dünyada yaşayan erməniləri Şuşanın müdafiəsinə çağırması bu məğlubiyyətin onların sonu olduğunu açıq şəkildə sübut edir. Ermənistan hərbi və siyasi rəhbərliyinin PKK terrorçuları ilə müttəfiqlik edərək hərbi cinayətlər törətməsi artıq bütün dünyaya məlumdur və yetərli qədər də sübutlar var. Bu əməkdaşlıq da onlara öz riyakar məqsədlərini həyata keçirmək üçün heç bir nailiyyət qazandırmadı. PKK terrorçularının strategiya və taktikasına güvənən erməni ordusu Azərbaycan Ordusunun gücü və əzmi qarşısında aciz qaldı! Artıq ölkəmiz, xalqımız hər zaman arzusunda olduğu Şuşalı, Qarabağlı günlərə doğru böyük ümid və sevinclə addımlayır. Erməni vandalizminin qurbanına çevrilmiş tarixi, mədəni abidələrimizin, torpaqlarımızın həqiqi sahibləri bütün gücü və əzmi ilə yeni və çiçəklənən həyatın başlanğıc mərhələsindədir.

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir” - Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi bu fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının qurulmasından xəbər verir. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, region və dünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda inkişaf strategiyası bütün sahələrdə uğurla icra olunacaq və nailiyyətlər qazanılacaq. Müzəffər Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daim qoruyub saxlayacağı inamını artırır!

Yaşasın Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu!!! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir