Mensah: İqlim problemlərinin həllində birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı İqlim Həftəsini çox müsbət qiymətləndirirəm. Bu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının dördüncü İqlim Həftəsidir və iqlim məsələsinə ciddi yanaşan, dünyanın müxtəlif ölkələrindən olan insanları bir araya gətirir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Sıfır Tullantı Fondunun” nümayəndəsi, COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionunun baş məsləhətçisi Kristian Kvasi Mensah deyib.
Onun sözlərinə görə, hazırda bəşəriyyət əvvəlki dövrlərdə rast gəlinməyən şiddətli daşqınlar, anomal istilər və digər kəskin iqlim hadisələri ilə qarşılaşır. “Dünyanın hansı istiqamətdə getdiyi barədə ciddi düşünməliyik. Əgər bu gedişatdan narahatıqsa, hər kəs birlikdə hərəkət etməlidir. Burada “biz” və “onlar” ayrılığı yoxdur, hamımız eyni prosesin içindəyik. İqlim Həftəsinin təşkilatçıları iqlim məsələsinə dünya ictimaiyyətinin diqqətini cəlb etdikləri üçün təqdirəlayiq iş görürlər. İqlimlə bağlı problemlərin həlli üçün gündəlik həyatımızda tətbiq edə biləcəyimiz sadə, lakin təsirli addımlar var. Məsələn, qida tullantılarının idarə olunmasının düzgün təşkili metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına birbaşa kömək edə bilər”, - deyən Kristian Kvasi Mensah fikrini tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [17:14]
BCAW2026-da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilir
- 07.09.2026 [16:45]