Məntəqələrdə seçici fəallığı müşahidə olunur
48 saylı Abşeron birinci seçki dairəsinin 29 saylı məntəqəsində neqativ hal qeydə alınmayıb
Bakı, 7 fevral, AZƏRTAC
Hazırkı saata qədər 1410 seçicidən 210 nəfəri səsvermədə iştirak edib.
Bunu AZƏRTAC-a açıqlaması zamanı 48 saylı Abşeron birinci seçki dairəsinin 29 saylı məntəqəsinin sədri Vüsalə Cavadova bildirib.
Məntəqə sədri qeyd edib ki, seçki prosesi 6 müşahidəçi tərəfindən izlənilir. Onun sözlərinə görə, səsvermə zamanı hər hansı neqativ hal qeydə alınmayıb.
Müşahidəçi Şükür Əhmədov qeyd edib ki, şəhər saatlarından seçici fəallığı müşahidə olunur. Müşahidəçinin sözlərinə görə, məntəqədə fiziki qüsurlu seçicilər üçün də şərait yaradılıb. Seçki prosesi hər hansı çatışmazlıq qeydə alınmadan davam edir.