Mənzilin satışı zamanı hansı halda vergi tutulur?
Bakı, 2 sentyabr, AZƏRTAC
Dörd il yaşayış yeri üzrə qeydiyyatda olunan ev satışa çıxarıldığı halda vergi tutulurmu?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır.
Bu baxımdan, 4 təqvim ili müddətində yaşayış yeri üzrə qeydiyyatda olunan mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur.
Nəzərə çatdırılıb ki, 2020-ci il yanvarın 1-dən yaşayış sahəsini satan şəxsin vergidən azad edilməsi üçün azı 5 təqvim ili ərzində həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatın olması tələb edilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]