MƏQSƏDİMİZ DÜNYA ÇEMPİONATINA VƏSİQƏ QAZANMAQDIR
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın futzal üzrə yığma komandasına yeni təyin olunmuş rusiyalı baş məşqçi Andrey Yudin AFFA-nın rəsmi saytına müsahibəsində demişdir.
Rusiyanın “Dina” klubunun heyətində 3 dəfə Avropa kubokunun, 1 dəfə isə Qitələrarası kubokun sahibi olan A.Yudin, 2002-ci ildə Bakının “Turan -Eyr” komandasında da çıxış etmişdir.
Yığma komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağına əmin olan A.Yudin millimizin başlıca görüşünün Ermənistan yığması ilə olacağını söyləmişdir. O demişdir ki, bu oyuna çox ciddi hazırlaşacağıq. Ermənistan yığması ilə oyunda bizi hətta heç-heçə də qane etmir. Onlara mütləq qalib gəlməliyik. Mən Azərbaycanda əvvəllər də işləmişəm və bu oyunun nə dərəcədə ciddi əhəmiyyət kəsb etdiyini bütün varlığımla duyuram. “Turan-Eyr”in heyətində biz 2002-ci ildə ermənilərə qalib gəlmişik. O vaxt bizi hava limanında qarşılayan insanları görəndə bir daha əmin oldum ki, qazandığımız qələbə adi idman oyununun nəticəsindən çox əhəmiyyətlidir.
Yığma komandanı gücləndirmək məqsədi ilə Rusiyadan 2-3 idmançının dəvət ediləcəyini deyən A.Yudin, Azərbaycanda da çoxlu istedadlı futzalçıların olduğunu söyləmişdir.
Yanvarda Bakıda beynəlxalq turnirin keçiriləcəyini söyləyən baş məşqçi azarkeşləri Azərbaycan millisini dəstəkləməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]