Mərakeş parlamentinin üzvü: 11 məntəqədə olmuşuq, səsvermə prosesi rahat, şəffaf şəkildə davam edir
Bakı, 7 fevral, Səlim Rəhimzadə, AZƏRTAC
Seçki mərkəzləri açılan ilk saatlardan başlayaraq müxtəlif seçki mərkəzlərində olmuşuq. On bir seçki mərkəzində seçki prosesini izləmişik.
Bunu AZƏRTAC-a müsahibəsində Mərakeş parlamentinin üzvü Muhamməd Əl-Heyra deyib.
O, seçici fəallığının yüksək olduğunu, səsvermə prosesinin rahat, şəffaf və düzgün şəkildə davam etdiyini vurğulayıb. “Məntəqə seçki komissiyasının əməkdaşları seçiciləri siyahılar üzrə qəbul edir, onların qaydalara uyğun olaraq səsvermədə iştirakını təmin edirlər. Yaşlı insanların, qadınların və gənclərin gəlib rahat şəkildə səs vermələrinin şahidi olmuşuq. Səsvermə prosesinin yaxşı keçməsi üçün bütün tədbirlər görülür. Hazırda səsvermə prosesi çox yaxşı davam edir”.
Xatırladaq ki, seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]