Mərakeşdə zəlzələdə ölənlərin sayı 1300-ü ötüb
Bakı, 9 sentyabr, AZƏRTAC
Mərakeşdə zəlzələdə ölənlərin sayı 1305 nəfərə çatıb, 1830-dan çox yaralı var.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]