Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu BMT-də müşahidəçi statusu alıb
Daşkənd, 18 dekabr, АZƏRTAC
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (SARES) Birləşmiş Millətlər Təşkilatında müşahidəçi statusu alıb.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, instituta BMT-də müşahidəçi statusu verilməsi təklifini Çin hökuməti irəli sürüb və SARES-in üzvü olan dövlətlər-Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Monqolustan, Tacikistan, Türkmənistan və Əfqanıstan tərəfindən dəstəklənib.
Qurumun rəhbəri Sayed Sakil Şax deyib: “Bu, regional əməkdaşlığın, sabit inkişafın genişləndirilməsində böyük əməyi olan SARES-ə BMT tərəfindən verilən böyük dəyərdir”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]