Mərkəzi Bank və Çin Xalq Bankı arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək.
Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:04]
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
- 04.06.2026 [12:51]
AKTA və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
- 04.06.2026 [12:48]
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
- 04.06.2026 [12:30]