“Mərkəzi Elmi Kitabxananın nəşrləri” biblioqrafik göstərici çapdan çıxıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) nəşrlərinin biblioqrafik göstəricisi çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib.
“Mərkəzi Elmi Kitabxananın nəşrləri” adlı biblioqrafik göstərici AMEA-nın 80, MEK-in 100 illik yubileylərinə həsr edilib. Bu göstərici Mərkəzi Elmi Kitabxananın tarixini, inkişaf mərhələlərini, xidmət sahəsindəki fəaliyyətini, elektronlaşma sahəsindəki yeniliklərini özündə əks etdirən çoxsaylı tədqiqatların, məqalələrin, elmi monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin geniş salnaməsidir. Biblioqrafik göstəricidə kitablar, dissertasiya və avtoreferatlar, elmi əsər və bülletenlər, elmi və elmi-publisistik məqalələr, elektron resurslar toplanıb.
Vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru və ön sözün müəllifi MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi kitabxananın əməkdaşı Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru Biblioqrafiya şöbəsinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, ixtisas redaktoru isə İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.
Biblioqrafik göstərici Mərkəzi Elmi Kitabxana haqqında araşdırma aparacaq tədqiqatçılar üçün zəngin mənbədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]