Mərkəzi İncəsənət Məktəbinin şagirdi konfransda iştirak edib
Bakı, 13 mart, AZƏRTAC
Litvanın paytaxtı Vilnüsda “Ənənəvi incəsənətin professional musiqinin inkişafına təsiri” adlı musiqi və incəsənət məktəbləri şagirdlərinin beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdi Murad Allahverdili iştirak edib.
“Azərbaycan məqamları - Azərbaycan musiqi mədəniyyətinin xəzinəsidir” mövzusunda məruzə ilə çıxış edən M.Allahverdili dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən müəyyən edilmiş Azərbaycan xalq musiqisinin əsasını təşkil edən 7 əsas muğamdan və onların professional musiqidə istifadəsindən bəhs edib.
Təqdimatda nümunə olaraq Azərbaycan muğamı ilə yanaşı, Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərlərindən fraqmentlər də nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]