MƏRMƏRƏ DƏNİZİNDƏ FIRTINA NƏTİCƏSİNDƏ 4 BALIQÇI GƏMİSİ BATMIŞDIR
Fevralin 28-də Mərmərə dənizində başlayan güclü fırtına nəticəsində Türkiyənin Təkirdağ vilayətinin Şarköy limanında dayanan 4 balıqçı gəmisi batmışdır. Mərmərə dənizinin Şarköy sahillərində küləyin sürəti saatda 90 kilometrə, dalğaların hündürlüyü 4 metrə çatmışdır. Güclü külək elektrik dirəklərini aşırmış, binaların üstündəki televiziya antenləri və reklam lövhələrini qoparıb atmışdır. Yerli və xarici yük gəmiləri və bərələr də fırtına üzündən hərəkətlərini dayandırmışlar. Bölgədə tələfat olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]