Meşə fondu ərazilərində payız əkin mövsümünə hazırlıq işləri davam edir
Bakı, 12 sentyabr, AZƏRTAC
Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində iyul ayının əvvəlindən bu günədək ümumilikdə 277 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran rayonunun 15, Tovuz rayonunun 16, Sabirabad rayonunun 84, Şabran rayonunun 2, Quba rayonunun 14, İsmayıllı rayonunun 10, Şəki rayonunun 11, Zaqatala rayonunun 2, Ağcabədi rayonunun 58, Göygöl rayonunun 6, Cəlilabad rayonunun 24, Bərdə rayonunun 22, Şəmkir rayonunun 3 və Oğuz rayonunun 10 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri görülüb.
Payız əkin planına uyğun olaraq həmin rayonların meşə ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:20]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [19:41]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:25]