MƏŞĞULLUQ MƏRKƏZİ BİR AYDA 40 NƏFƏRİ İŞLƏ TƏMİN ETMİŞDİR
Culfa Rayon Əmək və Məşğulluq Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son bir ayda 40 nəfər işlə təmin edilmiş, 8 nəfər peşə təlimi kurslarına göndərilmişdir. Bu günlərdə rayonda keçirilən əmək yarmarkasında 14 idarə, müəssisə və təşkilat əhaliyə 90 iş yeri təklif etmiş, 27 nəfər göndəriş almış və 24 nəfər işlə təmin olunmuşdur.