Məşhur hind aktrisası Ayşvariya Ray və qızı Aradhi koronavirusa yoluxub
Bakı, 12 iyul, AZƏRTAC
Hindistanlı aktrisa Ayşvariya Ray Baççan və səkkiz yaşlı qızı Aradhinin koronavirus testi müsbət nəticələnib.
AZƏRTAC PTI agentliyinə istinadla xəbər verir ki, bu barədə Baççan ailəsinin yaşadığı Maharaştra ştatının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan, eləcə də aktyor və rejissor olan əri Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa bundan sonra test verib.
Hazırda Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb, orada yaşayanlar və işləyənlər iki həftəlik karantinə yerləşdirilib.
Hindistanlı fotomodel və aktrisa, “Dünya gözəli - 1994” müsabiqəsinin qalibi Ayşvariya Ray Baççan 46 yaşında olmasına baxmayaraq hələ də dünyanın ən gözəl qadınları reytinqlərində təmsil olunur. O, “Məhəbbət ritmləri”, “Devdas”, “Codha və Əkbər”, “Robot” və başqa filmlərdə çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [18:07]
Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar
- 11.05.2026 [17:44]
Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub
- 11.05.2026 [17:40]
İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək
- 11.05.2026 [17:10]
Yunanıstan qədim Roma abidələrini bərpa edəcək
- 11.05.2026 [16:48]
Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib
- 11.05.2026 [16:12]
İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər
- 10.05.2026 [23:44]
Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb
- 10.05.2026 [23:32]
Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub
- 10.05.2026 [23:03]
Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır
- 10.05.2026 [22:58]
Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [22:53]
Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
- 10.05.2026 [22:45]
Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir
- 10.05.2026 [22:44]
Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub
- 10.05.2026 [22:31]
Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 10.05.2026 [22:07]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [22:01]
Premyer Liqa: "Neftçi"dən asan qələbə
- 10.05.2026 [21:39]